Rusiyada SSRİ-nin süqutundan sonra ilk dəfə əhalinin artımı qeydə alınıb

Rusiyada SSRİ-nin süqutundan sonra ilk dəfə əhalinin artımı qeydə alınıb
# 26 noyabr 2013 09:00 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyada SSRİ-nin süqutundan sonra ilk dəfə əhalinin artımı qeydə alınıb. APA-nın Moskva müxbirinin məlumatına görə, 2013-cü ilin ilk 9 ayında Rusiyada doğulanların sayı ölənlərin sayından çox olub və əhalinin sayında 5100 nəfər artım qeydə alınıb.

Rusiyanın sosial müdafiə naziri Maksim Topolin keçən ildən başlayaraq əhalinin sayında artam müşahidə olunduğunu söyləyib: “2013-cü ilin ilk 9 ayında əhalimizin sayı 5100 nəfər artıb. Yanvar-sentyabr ayları müddətində 1,4 milyon körpə dünyaya gəlib. Keçən illə müqayisədə bu rəqəm 2000 nəfər çoxdur. Əhalinin artımının ən böyük səbəblərindən biri də ölüm hallarının azalması olub. 2013-cü ilin ilk 9 ayında 1,4 milyon nəfər dünyasını dəyişib. Keçən illə müqayisədə bu rəqəm 12500 nəfər azdır”.

M. Topilin Rusiyanın bəzi regionlarında ölüm hallarının 3-5 faiz artdığını da söyləyib. Murmansk, Adıgey, Buryatiya, Qaraçay-Çərkəz ölüm hallarının artığı regionlar arasında yer alır.

Qeyd edək ki, Rusiya əhalisinin sayı hazırda 143,1 milyon nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR