Göyçayda uşaq aləmi mağazası yanıb

Göyçayda uşaq aləmi mağazası yanıb
# 17 iyul 2013 01:39 (UTC +04:00)

Bakı-APA. Göyçay şəhərində uşaq aləmi mağazasında yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın

vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan birmərtəbəli "ŞİRİN BALA" uşaq aləmi mağazasında baş verib. Nəticədə mağazanın lambirdən ibarət tavanı 96 kv.m sahədə və 45 kv.m sahəyə yığılmış uşaq paltarları yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR