Binədə evdə partlayış olub, bir nəfər yanıq xəsarətləri alıb

Binədə evdə partlayış olub, bir nəfər yanıq xəsarətləri alıb
# 14 dekabr 2013 09:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evində partlayış olub. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Cavanşir Qasımovun həyətindəki sanitar qovşağında toplanmış qazdan partlayış baş verib və həmin evdə kirayədə yaşayan Ağdam rayon sakini Elşən Əliyev yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR