İlin sonuna kimi Azərbaycana 2120 baş damazlıq keçi gətiriləcək - FOTO

İlin sonuna kimi Azərbaycana 2120 baş damazlıq keçi gətiriləcək - <span style="color: red;">FOTO
# 05 oktyabr 2013 10:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov vətəndaşları qəbul etmək üçün Qarabağ bölgəsində olub.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində nazir İ.Abasov bir neçə fermer təsərrüfatlarına baş çəkib, məhsul istehsalçıları ilə görüşüb, o cümlədən Ağcabədi rayonunda yerləşən “BEMS AGRO” heyvandarlıq şirkətində heyvanların saxlanma şəraiti ilə tanış olub.

Bildirilib ki, bu il “Aqrolizinq” ASC tərəfindən Fransadan diri çəkisi 80-90 kq, laktasiya dövrü 250 gün, məhsuldarlığı ildə 800-1000 litr süd, illik bala verməsi 2-3 dəfə olan 340 baş “Alpin” və Hollandiyadan çəkisi 50-60 kg, laktasiya dövrü 270-300 gün, məhsuldarlığı ildə 1000-1200 litr süd, ildə 2 baş bala verən “Saanen” keçi cinsləri ölkəyə gətirilib.

Nazir belə təsərrüfatın Azərbaycanda ilk dəfə yaradıldığını, keçi ətinin və südünün qiymətli qida məhsulu olduğunu bildirib, bu sahədə belə təsərrüfatların yaradılması və inkişaf etdirilməsi, bütövlükdə respublikada heyvandarlıq məhsullarının istehsalının artırılmasına öz töhfəsini verəcəyini, bu sahənin inkişaf etdirilməsi üçün tövsiyə və tapşırıqlarını verib. Bu sahəyə maraq göstərən fermer və sahibkarlara “Aqrolizinq” ASC-yə müraciət etmək tövsiyə olunub.

İlin sonuna qədər respublikaya cəmi 2120 baş damazlıq keçi, o cümlədən 2000 baş damazlıq dişi keçi və 120 baş törədici təkə gətiriləcək. Artıq ondan ümumilikdə 670 baş damazlıq keçi cinsi ölkəyə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR