Bakı-Quba yolunda baş verən qəza nəticəsində magistral yolda hərəkət məhdudlaşıb - VİDEO

Bakı-Quba yolunda baş verən qəza nəticəsində magistral yolda hərəkət məhdudlaşıb - <span style="color: red;">VİDEO
# 31 iyul 2013 16:18 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Bakı-Quba Rusiya federasiya dövlət sərhədi yolunun 128-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, “QAZ 53” markalı yük maşını ilə “Mercedes” markalı minik maşını toqquşub. “Mercedes” markalı avtomaşın qarşıda hərəkətdə olan yük maşınına çırpılaraq qarşı tərəfdən hərəkət edən avtomobillər üçün nəzərdə tutulan hərəkət zolağına çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib. Qəzadan sonra magistral yolda bir müddət tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR