Azad Suriya Ordusunun Baş Qərargah rəisi: “Suriya Rusiya və İrandan ayda 1200 ton hərbi sursat alır”

Azad Suriya Ordusunun Baş Qərargah rəisi: “Suriya Rusiya və İrandan ayda 1200 ton hərbi sursat alır”
# 25 iyul 2013 07:43 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Azad Suriya Ordusunun Baş Qərargah rəisi Səlim İdris bildirib.

Onun sözlərinə görə, Bəşər Əsədin bəzi cəbhələrdə irəliləyişə nail olmasının səbəbi xarici qüvvələrin müdaxiləsidir: “Əlimizdə Yəmən, Pakistan və Əfqanıstan şiələrinin Suriya rejimi ilə birlikdə bizə qarşı döyüşdüklərinə dair məlumatlar var. Bundan əlavə, Əsəd rejimi İran və Rusiyadan külli miqdarda silah-sursat dəstəyi alır. İrandan hərbi sursatla dolu qalxan sərnişin təyyarələri Hama və Şamdakı hava limanlarına enir və ardından da Lazkiyədəki Humeymimi, Hələb və Dəyruz Zor hava limanlarına uçaraq həmin bölgələri təmin edir”.

S. İdris deyib ki, “Hizbullah” döyüşçüləri əsasən Şam şəhərinin ətrafında Hələb və Dəyruz Zor kimi müxtəlif bölgələrdə döyüşür: “Ancaq onlar daha çox Livanla sərhəddəki Kusayrdadır. “Hizbullah” Livan-Suriya sərhədindən daxil olarkən, iraqlı şiələr də İraq-Suriya sərhədindəki ət-Tənf sərhəd qapısından daxil olurlar. Yəmən, Pakistan və Əfqanıstan şiələri isə İranın silah daşıyan sərnişin təyyarələri ilə hava yolu ilə gəlir. Bundan başqa, Tartus limanına silah-sursat daşıyan Rusiya yük gəmiləri də çox vaxt Beyrut limanına yan alaraq oradan “Hizbullah” döyüşçülərini dəniz yolu ilə Tartusa gətirir. Bizim döyüş meydanlarında qarşılaşdıqlarımızın böyük əksəriyyəti “Hizbullah” döyüşçüləri və iranlı şiə qruplarıdır. Məsələn, Xan əl-Aseldəki döyüşənlərin çoxu “Hizbullah” döyüşçüləridir”.

O, Qərb ölkələrindən Suriya inqilabına silah-sursat və hərbi yardım gəlməsi məsələsində ümidini tamamilə itirdiyini də vurğulayıb: “Suriyadakı inqilabçı qardaşlarıma bütün səmimiliyimlə bunu söyləmək məcburiyyətindəyəm. Ölkənin 70 faizdən çoxu tamamilə məhv oldu. Həlak olanların sayı 160 mindən çoxdur, 3 milyondan çox suriyalı qonşu ölkələrə sığınıb, 5 milyonu başqa yerlərə köçüb”.

S. İdris PKK-nın Suriyada qolu olan Demokratik Birlik Partiyasının (PYD ) son günlərdə Rəsulayn mahalı və ətrafında artan hücumlarını da qiymətləndirib: “Rəsulayn sərhəd qapısının ələ keçirilməsi qarşısında səssiz qalmayacağıq. Rəsulaynda və bütün bölgələrdə döyüşəcəyik. Rejim güclərinin yanında PYD ilə döyüşmək məcburiyyətində qalsaq belə, heç bir sərhəd qapısında güzəştə getməyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR