Ağcabədidə evdə yanğın baş verib, 3 yaşlı uşaq ölüb

Ağcabədidə evdə yanğın baş verib, 3 yaşlı uşaq ölüb
# 07 sentyabr 2013 00:32 (UTC +04:00)

Bakı-APA. Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı ev yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2010-cu il təvəllüdlü Abdullayev Orxan Novruz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR