Bakıda qadın sürücü avtomobildə yanıb

Bakıda qadın sürücü avtomobildə yanıb
# 28 iyun 2013 01:08 (UTC +04:00)

Bakı-APA. Bakıda qadın sürücü avtomobildə yanıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda yol-qəza hadisəsi nəticəsində Səfərova Lalə Telman qızı tərəfindən idarə olunan "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən sürücü L.T. Səfərovanın yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR