Bahar Muradova: “Azərbaycanda heç bir sosial partlayış və gərginlik gözlənilmir” - VİDEO

Bahar Muradova: “Azərbaycanda heç bir sosial partlayış və gərginlik gözlənilmir” - <span style="color: red;">VİDEO
# 11 dekabr 2013 11:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Əminliklə söyləyə bilərəm ki, hökumət nə etməli olduğunu çox gözəl bilir, zaman-zaman da bunu sübut edib. Bizi qiymət artımı ərəfəsində, yaxud bundan sonra da hər hansı sosial partlayış və gərginliyin olacağı ilə bağlı qorxutmağa, ictimaiyyəti bir növ çaşdırmağa çalışıblar. Lakin bunlar heç vaxt təsdiqini tapmayıb”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanda yanacağın qiymətinin artmasının sosial partlayışa səbəb olacağı barədə səslənən fikirlərə münasibət bildirirkən deyib.

Onun sözlərinə görə, Azərbaycan sürətli və dinamik inkişaf edən ölkədir, Azərbaycan iqtisadiyyatı bu gün dünya iqtisadiyyatının tərkib hissəsidir: “Bu baxımdan dünyada gedən proseslərdən kənarda qalmaq olmaz, onun tendensiyasını nəzərə almaq vacibdir. Biz qapalı deyil, açıq dövlətik”.

B. Muradova qeyd edib ki, istər qiymət artımı, istərsə də qiymət artımından sonra yarana biləcək proseslərin qarşısının alınması, yəni ehtiyacı olan təbəqənin maraqlarının təmin edilməsi ilə bağlı Azərbaycan hökuməti addımlar atıb: “Mən hökumətimizə inanıram və hər bir Azərbaycan vətəndaşına bu inamı təlqin edərək demək istəyirəm ki, heç nədən narahat olmasınlar. Bizi heç bir sosial partlayış, gərginlik gözləmir. Azərbaycan hökuməti ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün çox ciddi addımlar atacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR