Moldova parlamentinin bəyanatı: Moldovanın AB-yə qoşulması strateji vəzifədir

Moldova parlamentinin bəyanatı: Moldovanın AB-yə qoşulması strateji vəzifədir
# 14 noyabr 2013 21:42 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, sənədin qəbul olunmasının lehinə hakim “Avropapərəst idarəçiliyinin koalisiyası” və Liberallar Partiyasının deputatları səs verib. Kommunistlər və sosialistlər isə bu təşəbbüsü sərt tənqid atəşinə tutublar.

“Moldovanın AB-yə qoşulması strateji vəzifə və geri dönməz prosesdir. Assosiasiya haqqında müqavilənin paraflanması və imzalanması istiqamətində hökumətin həyata keçirdiyi lazımi tədbirlər yekun məqsədə - Avropa Birliyinə qoşulmasına nail olunmağı təmin edəcək”, deyə parlament sədrinin müavini Adrey Kadru sənədi təqdim edərkən qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR