Azərbaycanın cənub bölgəsində seçkiləri 4024 yerli və xarici müşahidəçi izləyir - FOTOSESSİYA

Azərbaycanın cənub bölgəsində seçkiləri 4024 yerli və xarici müşahidəçi izləyir - <span style="color: red;">FOTOSESSİYA
# 09 oktyabr 2013 06:16 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın cənub bölgəsində 9 oktyabr prezident seçkilərinə start verilib.

APA-nın cənub bürosunun məlumatına görə, bölgənin 6 rayonunda 10 Dairə Seçki Komissiyasının 493 seçki məntəqəsində 336 min 952 seçici qeydiyyatdadır. Seçkini izləmək üçün 4024 yerli və xarici müşahidəçi qeydə alınıb.

APA-nın əməkdaşının müşahidə apardığı 73 saylı Lənkəran şəhər DSK-nın 8 saylı məntəqəsində 1284 nəfər seçici qeydiyyatdadır. Məntəqə bütün lazımi avadanlıqlarla təchiz olunub, veb-kamera quraşdırılıb. Burada ilk saatlardan seçici aktivliyi müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR