Bütün növ reklamlarda ədəbi dilin istifadə vəziyyətini öyrənmək üçün monitorinqlər keçirilir

Bütün növ reklamlarda ədəbi dilin istifadə vəziyyətini öyrənmək üçün monitorinqlər keçirilir
# 21 noyabr 2013 13:20 (UTC +04:00)

İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev APA-ya açıqlamasında deyib ki, monitorinqlər zamanı Bakı şəhərinin bütün küçələrindəki reklamlar, o cümlədən respublikanın bütün televiziyalardakı reklamlarda dilin qorunması vəziyyəti öyrənilir. H.Zərbəliyev qeyd edib ki, monitorinqlərin bir hissəsi artıq başa çatsa da, onlar hələ ümumiləşdirilməyib: “Toplanmış materialları ümumiləşdirmək və müəyyən nəticələrə gəlmək üçün lazımi müddət lazımdır. Hələlik Bakı küçələrində reklamlar yoxlanılıb, sonra televiziya və radiolardakı vəziyyət araşdırılacaq. İşlərin nə zaman yekunlaşması toplanılan materialdan asılı olacaq. Monitorinqin ilkin nəticələrini tez bir zamanda müəyyənləşdirsək sonra işlərimizi düzgün istiqamətləndirə bilək. Çalışacağıq ki, dekabr ayında reklamlarla bağlı müəyyən nəticələr əldə olunsun və ictimaiyyətə açıqlansın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR