Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdə olub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdə olub
# 30 aprel 2014 10:47 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdə olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Braziliya Müdafiə Nazirliyinin rəsmi dəvəti ilə aprelin 28-29-da gerçəkləşmiş səfər çərçivəsində Braziliyanın Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri komandanlıqlarında, eləcə də Müdafiə Sənayesi Katibliyində görüşlər keçirilib.

Görüşdə tərəflərin müdafiə qurumları arasında hərbi, hərb-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb və əsas istiqamətləri müəyyən edilib.

Azərbaycan nümayəndə heyətinə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfovun rəhbərlik edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR