Araz Əzimov: “NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etmək imkanları məhduddur” - VİDEO

Araz Əzimov: “NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etmək imkanları məhduddur” - <span style="color: red;">VİDEO
# 11 aprel 2014 09:12 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “NATO-da Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat var, ancaq müxtəlif səbəblərə görə bu prosesdə iştirak etmək və töhfə vermək üçün imkanları məhduddur”. APA-nın məlumatına görə, bunu NATO-nun Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini şərh edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, NATO ən üst səviyyədə - öz zirvə toplantılarında dəfələrlə Azərbaycanın və digər bölgə ölkələrinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyərək münaqişələrin məhz bu prinsiplər əsasında həllinə tərəfdar çıxdığını bəyan edib: “NATO bilavasitə müzakirələrdə iştirak etmir, amma bu prinsiplərə dəstək verməsi özü-özlüyündə çox önəmli bir faktordur. Əlbəttə ki, NATO ilə biz müzakirələri geniş coğrafi və konseptual çərçivələrdə aparırıq. Avroatlantik təhlükəsizliyə təsir edə bilən bütün faktorlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR