Moskvada 18 nəfərin ölümü ilə nəticələnən qəzanı törədən Ermənistan vətəndaşı 6 dəfə məsuliyyətə cəlb olunub

Moskvada 18 nəfərin ölümü ilə nəticələnən qəzanı törədən Ermənistan vətəndaşı 6 dəfə məsuliyyətə cəlb olunub
# 13 iyul 2013 19:31 (UTC +04:00)

Bakı-APA. Moskvada sərnişin avtobusu ilə toqquşan “Kamaz” markalı yük maşınının sürücüsü yol hərəkəti qaydalarının pozduğuna görə 6 dəfə məsuliyyətə cəlb olunub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Moskva merinin müavini vəzifəsini müvəqqəti icra edən Pyotr Biryukov bildirib.

“”Kamaz” markalı yük maşını Ermənistan vətəndaşı tərəfindən idarə olunub. O yol hərəkəti qaydalarının pozduğuna görə 6 dəfə inzibati məsuliyyətə cəlb olunub”, deyə Biryukov qeyd edib.

Onun sözlərinə görə, hal-hazırda polis qəza ilə bağlı sürücünü dindirir.

Qeyd edək ki, bu gün Moskvada ağır yol qəzası baş verib. Podoslk şəhəri yaxınlığında yük avtomobili ilə avtobusun toqquşması nəticəsində 18 nəfər ölüb, 25 nəfər yaralanıb. Qəzanın təqsirkarı yük maşının sürücüsü hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR