Xələf Xələfov: “Xaricdəki diplomatik missiyalarımız ölkənin maraqlarını qorumaq üçün lazımi addımlar atır”

Xələf Xələfov: “Xaricdəki diplomatik missiyalarımız ölkənin maraqlarını qorumaq üçün lazımi addımlar atır”
# 24 fevral 2014 09:16 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Latviyada və ya digər ölkələrdə Azərbaycanın siyasi xəritəsi təhrif olunursa, biz müvafiq addımlar atırıq. Əksər ölkələrdə Azərbaycanın diplomatik missiyaları fəaliyyət göstərir və onların vəzifəsidir ki, ilk növbədə öz ölkələrinin maraqlarını qorusunlar”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirin müavini Xələf Xələfov deyib.

Latviyada çap olunan “Yeni dünya coğrafiyası” dərsliyində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yol verilən təhrifi şərh edən X. Xələfov bildirib ki, bu cür hallarla bağlı səfirliklərə lazımı təlimatlar verilir və bu təlimatların yerinə yetirilməsi nəticəsində bu cür halların aradan qaldırılması müşahidə olunur: “Azərbaycan tərəfi məsələyə reaksiya verib, ümid edirəm ki, reaksiyanın nəticəsi olacaq, məsələyə aydınlıq gətiriləcək. Yanlışlıq varsa və hər hansı səhv buraxılıbsa, onlar aradan qaldırılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR