Avropa və ABŞ-da əsas birja indeksləri yüksəlib

Avropa və ABŞ-da əsas birja indeksləri yüksəlib
# 17 dekabr 2013 06:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 15 885 bəndədək, S&P 500 0,6% - 1 787 bəndədək, Nasdaq 0,7% - 4 030 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə noyabrda sənaye istehsalının aylıq müqayisədə 1,1% artması barədə statistik məlumatlar təsir edib.

Avropa fond bazarlarında dekabrın 16-da FTSE 100 indeksi 1,3% - 6 522 bəndədək, Almaniya DAX-ı 1,7% - 9 164 bəndədək, Fransa CAC-40-ı isə 1,5% - 4 120 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 241,80 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3768 dollar (+0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR