Rövnəq Abdullayev: «Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib» - VİDEO

Rövnəq Abdullayev: «Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib» - <span style="color: red;">VİDEO
# 06 fevral 2014 09:10 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxış edən Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bəyan edib.


R.Abdullayev bildirib ki, 2006-cı ildən etibarən «Şahdəniz» layihəsi üzrə aparılmış işlər nəticəsində ölkə beynəlxalq bazarda özünü yeni alternativ təbii qaz təchizatçısı kimi təqdim edib. Ötən ilin sonunda «Şahdəniz» layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması bu sahədə inkişafın yeni mərhələsinə qədəm qoyub. Geniş investisiya tutumlu layihələrin vaxtında icra olunması ölkənin qaz hasilatını 2004-cü ildəki 5,5 mlrd. kubmetrdən hazırkı 29,5 mlrd. kubmetrə çatdırmağa imkan verib.


Ötən il 13,3 mlrd. kubmetr qaz Azərbaycanın qaz nəqletmə sisteminə təhvil verilib. Əvvəllər qaz anbarlarının tutumu 800 mln. kubmetr qaz saxlamağa imkan verirdisə, hazırda anbarların tutumu artırılaraq 5 mlrd. kubmetrə çatdırılıb. Ötən il anbarlara 3,5 mlrd. kubmetr qaz yığılıb.

Həmçinin bildirilib ki, 2013-cü ildə qazlaşma səviyyəsi 89,8%-ə, o cümlədən Bakı şəhəri üzrə 99%-ə, regionlar üzrə 83,4%-ə çatdırılıb. Ölkə üzrə qazla təmin olunan əhali abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1,6 mln.-dan artıqdır. Bunun üçün ümumi uzunluğu 4 800 km-dən artıq magistral qaz kəmərləri, 25 min km-dən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilib, 8 min km-ə yaxın boru xətti isə əsaslı təmir olunub.

R.Abdullayev bildirib ki, 2009-cu il oktyabrın 1-ə olan qaza görə borcların silinməsi ilə bağlı sərəncama əsasən, əhalinin keçmişdən qalan 327 mln. manatdan artıq borcları dövlət hesabına silinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR