“Fitou” qasırğası Çinə 2 milyard dollar ziyan vurub

“Fitou” qasırğası Çinə 2 milyard dollar ziyan vurub
# 09 oktyabr 2013 04:48 (UTC +04:00)

Bakı-APA. “Fitou” qasırğasının Çinin Çjetszyan əyalətinə vurduğu ziyanın miqdarı 12,4 milyard yuan və ya 2 milyard dollar təşkil edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, əyalətin 11 şəhərində 7 milyon insan zərər çəkib, 6 nəfər ölüb, 4 nəfər isə itkin deşeb.

Yuyao şəhərində son günlər rekord dərəcədə yağıntı müşahidə olunur (hər gün orta hesabla 717 mm). Sel suları əyalətdəki yolları sıradan çıxarıb, yaşayış məntəqələrinin bir çoxuna elektrik enerjisinin verilişi dayandırılıb.

Dəniz sahilinə yaxın ərazilərdə məktəblər bağlanıb. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması işlərinə hərbçilər cəlb olunub. Çaylarda və su anbarlarında bəndlər uçub, irimiqyaslı daşqın təhlükəsi qalmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR