Rasim Ocaqov və İslam Səfərlinin yubileyləri qeyd olunacaq

Rasim Ocaqov və İslam Səfərlinin yubileyləri qeyd olunacaq
# 07 avqust 2013 07:45 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Rasim Ocaqovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, 2013-cü ildə Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika Dövlət mükafatları laureatı, xalq Artisti Rasim Mirqasım oğlu Ocaqovun anadan olmasının 80 illiyi tamam olur.

Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb ki, Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, R. Ocaqovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Dövlət başçısı İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında da sərəncam imzalayıb. Mədəniyyət və Turizm Nazirliyi nə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, İ. Səfərlinin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR