Avropa Liqasının bu ilki qalibi «Çelsi»dir

Avropa Liqasının bu ilki qalibi «Çelsi»dir
# 15 may 2013 22:39 (UTC +04:00)

Bakı-APA. Bu gün futbol üzrə Avropa Liqasının final oyunu keçirilib. APA-nın məlumatına görə, Amsterdamda keçirilən oyunda İngiltərənin «Çelsi» və Portuqaliyanın «Benfika» klubları qarşılaşıblar. Görühdə hesabı 60-cı dəqiqədən «Çelsi»dən Torres açıb. 68-ci dəqiqədə Oskar Kardoso 11 metrlik cərimə zərbəsindən hesabı bərabərləşdirib. Əsas vaxtın ikinci hissəsinə artırılmış 3-cü dəqiqədə isə İvanoviç «Çelsi»nin ikinci topunu vurub. Beləliklə oyun 2:1 hesabı ilə «Çelsi»nin xeyrinə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR