Gəncədə dana maşın bazarına girərək bir neçə avtomobili əzib - FOTO - VİDEO

Gəncədə dana maşın bazarına girərək bir neçə avtomobili əzib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 yanvar 2014 16:25 (UTC +04:00)

APA-nın qərb bürosunun məlumatına görə, yanvarın 19-da saat 13 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində yerləşən maşın bazarında gözlənilməz hadisə baş verib.

Bazara girən iri buynuzlu heyvan bazarda o tərəf bu tərəfə qaçaraq vətəndaşlara və avtomobillərə hücum çəkib. Nəticədə bir neçə avtomobilə müxtəlif dərəcəli ziyan dəyib.

Bazara gələn polis əməkdaşları heyvanı zərərsizləşdirə biliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR