APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 109-cu km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.
90 NZ 488 dövlət nömrə nişanlı, ”Shackman” markalı yük maşını 53 BA 721 dövlət nömrə qeydiyyatlı “VAZ 2106” markalı avtomaşının üstündən keçib.
Qəza nəticəsində “VAZ 2106”-nın sərnişinləri İsgəndərova Xəyalə Vəlixan qızı, onun övladları - 2005-ci il təvvüllüdlü Elnur və 2007-ci il təvəllüdl Elmar hadisə yerində ölüb. Ailənin başçısı, Siyəzən rayonu, Yenikənd kənd sakini, 1976-cı il təvəllüdlü İsgəndərov Eldəniz İsrafil oğlu və minik maşının sürücüsü, Siyəzən şəhər sakini, 1988-ci il təvəllüdlü Orucov Samir Malik oğlu müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırılır.
Azərbaycanda yük maşını minik avtomobilinin üstündən keçib, ana və iki övladı ölüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO
29 sentyabr 2013 14:04 (UTC +04:00)
Hadisə
Xəzər rayonunda ev yanıb
09:23
27 aprel 2024
Salyanda kənd sakini avtomobil qaçırıb
08:44
27 aprel 2024
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəx saxlanılıb
08:17
27 aprel 2024
Qubada həyat yoldaşının sağlamlığına ağır zərər vuran şəxs intihar edib
00:39
27 aprel 2024