Ombudsman Aparatının əməkdaşları Pərviz Həşimli ilə görüşüblər

Ombudsman Aparatının əməkdaşları Pərviz Həşimli ilə görüşüblər
# 25 sentyabr 2013 14:57 (UTC +04:00)

Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Pərviz Həşimov saxlanılma şəraiti ilə əlaqədar heç bir şikayətinin, rəftarla bağlı narazılığının və ona qarşı işgəncə halının olmadığını bildirib.

Söhbət zamanı P. Həşimov ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, istintaq hərəkətlərinin sürətləndirilməsini xahiş edib. O, həmçinin bankda qohumunun adına girovda olan, idarə etdiyi avtomobilin qaytarılmasında və istədiyi qəzetlərlə təmin olunmasında kömək göstərilməsini xahiş edib.

P.Həşimovun hüquqlarını müdafiə edən vəkillə görüşə şəraitin yaradılması məsələsi araşdırılıb və bununla bağlı heç bir problemin olmadığı müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR