Azərbaycanda doğum haqqında şəhadətnamənin verilməsi asanlaşdırılıb

Azərbaycanda doğum haqqında şəhadətnamənin verilməsi asanlaşdırılıb
# 18 sentyabr 2013 08:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bundan sonra Azərbaycanda valideynlər övladlarının doğumla bağlı şəhadətnaməsini daha asan yolla ala biləcəklər.

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyi «Doğum haqqında tibbi şəhadətnamə» elektron registrindən məlumatların verilməsi adlı növbəti elektron xidmətini «Elektron hökumət» portalı vasitəsilə istifadəyə verib.

Xidmətdən istifadə etmək üçün portala giriş edərək, Nazirliyin müvafiq bölməsinə daxil olmaq lazımdır. Həmin bölmədən sözügedən elektron xidməti seçdikdən sonra valideynin (ananın) yeni doğulmuş övladı haqqında şəhadətnamə surətini əldə etməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR