Bu ilin sonuna kimi Azərbaycanın 205 kəndi stasionar telefon şəbəkəsi ilə təmin olunacaq

Bu ilin sonuna kimi Azərbaycanın 205 kəndi stasionar telefon şəbəkəsi ilə təmin olunacaq
# 16 oktyabr 2013 10:03 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin sonuna kimi Azərbaycanın 205 kəndi stasionar telefon şəbəkəsi ilə təmin olunacaq. Hazırda bu istiqamətdə intensiv işlər aparılır.

APA-Economics”in məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev bildirib.

Onun sözlərinə görə, 38 telekommunikasiya qovşağının ərazisində bu işlərə başlanılıb: “Bu işlər 205 obyekti, yəni xırda kəndləri əhatə edir. Həmin kəndlərin artıq 70-də işlər yekunlaşıb, digərlərində də ilin sonuna kimi başa çatdırmağı planlaşdırırıq. İşlərin yekunu olaraq 33 718 abunəçinin şəbəkəyə qoşulması təmin ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR