Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb

Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb
# 10 iyul 2013 02:49 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada mülki helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Norte del Santander departamentində baş verib, faciə nəticəsində helikopterin göyərtəsində olanların hamısı həlak olub.

İlkin versiyaya görə, qəzaya səbəb helikopterin yüksək cərəyanlı elektrik naqillərinə dəyməsi olub. Hava nəqliyyat vasitəsinin Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin partizan qruplaşmaları tərəfindən vurulması da istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR