TÜRKSOY ölkələri fotoqraflarının Bakı görüşü başa çatıb - FOTOSESSİYA

TÜRKSOY ölkələri fotoqraflarının Bakı görüşü başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 11 sentyabr 2013 15:52 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bakıda keçirilən TÜRKSOY ölkələri fotoqraflarının 10-cu görüşü başa çatıb. APA-nın məlumatına görə, “Qalereya 1969”da keçirilən yekun tədbirdə türkdilli ölkələrdən gələn fotoqrafların əsərlərindən ibarət sərgi nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, TÜRKSOY-un 20 illik yubileyi türk dünyasının mədəni həyatında mühüm hadisədir: “Bu il TÜRKSOY-un yaradılmasının 20 illiyidir və bu təşkilatın həyata keçirdiyi mədəni layihələr bizim mədəniyyət həyatımızın böyük uğurudur. İnanıram ki, Azərbaycana gələn qonaqlar ölkəmizdən xoş təəssüratla ayrılacaqlar. Onlar hər gün inkişaf edən Azərbaycanı öz fotolarında əks etdirməklə, ölkəmizin adını onilliklər boyu yaşadacaqlar. Gələcək nəsillər ölkəmizin bu günü ilə tanış olmaq üçün məhz sizin fotolarınıza müraciət edəcəklər. İnanıram ki, bu görüşdən aldığınız xoş təəssüratlar sizi yenə Azərbaycana gətirəcək”.

Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu və digər çıxışçılar sərginin türk dünyası ölkələrinin mədəni həyatı üçün vacibliyindən danışıblar. M. Həsənoğlu qeyd edib ki, indiyədək TÜRKSOY-un təşəbbüsü ilə 30 azərbaycanlı fotoqraf müxtəlif ölkələrdə öz fotolarını nümayiş etdirib.

Tədbirin sonunda Türkiyə, Qazaxıstan, Qırğızıstan və s. ölkələrdən gələn fotoqraflara hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR