Dövlət Baytarlıq Xidməti: Azərbaycanda xəstəliyə yoluxan iri buynuzlu heyvanların sayı sıfıra enib

Dövlət Baytarlıq Xidməti: Azərbaycanda xəstəliyə yoluxan iri buynuzlu heyvanların sayı sıfıra enib
# 18 oktyabr 2013 09:56 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Respublika üzrə bunyavirus ailəsinə məxsus “şamonda”, “akabena”, “aina” viruslarının qarışığından yaranan “şmallenberq” virus xəstəliyinə yoluxan heyvanların sayı həm aparılan müalicə-profilaktik tədbirləri nəticəsində, həm də havaların sərinləşməsi ilə əlaqədar sıfıra enib. Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib. O bildirib ki, xəstəlik yekunlaşsa da, ehtimal olunur ki, bu xəstəlik yaz fəslində yenidən başlasın, elə buna görə də indidən lazımı tədbirlər görülür.

Qeyd edək ki, sözügedən xəstəlik Azərbaycanda iyulun 28-də qeydə alınıb. 255 000-dən çox heyvan bu xəstəliyə yoluxub. 160 baş iribuynuzlu heyvan bu xəstəliklə yanaşı inkişaf edən qan-parazitar xəstəliyindən tələf olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR