Dow Jones indeksi 0,9%, S&P 500 0,7%, Nasdaq 0,6% enib

Dow Jones indeksi 0,9%, S&P 500 0,7%, Nasdaq 0,6% enib
# 16 oktyabr 2013 07:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 15 168 bəndədək, S&P 500 0,7% - 1 698 bəndədək, Nasdaq 0,6% - 3 794 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə büdcə böhranından çıxışı üzrə danışıqlarda irəliləyişin olmaması təsir edib.

Avropa fond bazarlarında oktyabrın 15-də FTSE 100 indeksi 0,6% - 6 549 bəndədək, Almaniya DAX-ı 0,9% - 8 804 bəndədək, Fransa CAC-40-ı isə 0,8% - 4 256 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 280,10 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3515 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR