ARDNŞ “Bulla-dəniz” yatağındakı qu­yu­da yanğının qarşı­sı­nın alınmasında fərqlənmiş DSX-nın hərbi qulluqçularını mükafatlandırıb - FOTO

ARDNŞ “Bulla-dəniz” yatağındakı qu­yu­da yanğının qarşı­sı­nın alınmasında fərqlənmiş DSX-nın hərbi qulluqçularını mükafatlandırıb  - <span style="color: red;">FOTO
# 29 oktyabr 2013 16:09 (UTC +04:00)

DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə DSX rəisi, Sərhəd Qoşunla­rı­­nın Komandanı, general-leytenant Elçin Quliyev, ARDNŞ prezidenti Rövnəq Abdullayev və DSX-nın şəxsi heyəti iştirak edib.

Avqustun 23-26-da baş vermiş yanğının üzmə vasitələrinə quyu­ya yaxınlaşmağa imkan vermədiyi, yüksək ha­va hərarəti və hədə­fin görünməzliyi şəraitin­­də açıl­mış sərrast atəşlər nəticəsində qu­yunun ağzının yan­ğının söndürül­məsinə im­kan ver­məyən avadanlıqlardan təmizlənilmə­si, bu tap­şı­rığın yerinə yetirilməsində DSX-nın şəxsi heyətinin yük­sək peşəkarlıq, mə­ha­rət və fədakarlıq nümayiş etdirməsi, nəticə etibarilə Xəzər dəni­zinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miq­darda ziya­nın qarşısının alınması ARDNŞ rəhbərliyi tərəfindən xüsusi qeyd olunub.

DSX-nın 17 hərbi qulluqçusu ARDNŞ-in fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR