Almaniya və Makedoniyanın “Eurovision 2013” müsabiqəsindəki təmsilçiləri Azərbaycanın şansını yüksək qiymətləndirirlər - FOTO

Almaniya və Makedoniyanın “Eurovision 2013” müsabiqəsindəki təmsilçiləri Azərbaycanın şansını yüksək qiymətləndirirlər - <span style="color: red;">FOTO
# 15 may 2013 16:16 (UTC +04:00)

Bu sözləri APA-nın İsveçdə səfərdə olan müxbirinə açıqlamasında “Eurovision-2013” mahnı müsabiqəsində Almaniyanı təmsil edən Kaskada deyib.

Mayın 18-də keçiriləcək final mərhələsində çıxış edəcək ifaçı uğur qazanacağına və gələn bu müsabiqənin Almaniyada keçiriləcəyinə inanır: “Hər halda tanınmış olmam və sevilməyim uğuruma kömək olacaq. Bu, səhnədə olmaq möhtəşəm bir hissdir. Azərbaycan təmsilçisi Fərid Məmmədova da sabahkı çıxışında uğurlar diləyirəm. İnanıram ki, ayın 18-də səhnədə birgə yarışcağıq”.

Makedoniyanı builki müsabiqədə təmsil edən Esma və Lozano cütlüyü APA-ya açıqlamalarında Azərbaycan və Makedoniyanın müsabiqədə şanslarını böyük qiymətləndirdiklərini bildiriblər. Cütlüyün fikrincə, bunu jurnalistlərin və müsabiqəni izləmək üçün dünyanın müxtəlif ölkələrindən gəlmiş azarkeşlərin onlara olan marağı təsdiqləyir.

Səhnədə fərqli bir performans göstərən müğənnilər mahnının sözlərindəki kimi sevginin insanlara ötürülməsinin vacibliyini vurğulayıb, musiqidə caz janrının çalarlarından istifadə edilməsini onların bu janra olan istəyinin bariz nümunəsi olduğunu qeyd ediblər.

Makedoniyalı Esma və Lozano cütlüyü Bakıda keçirilən bir sıra festivallara qatılmaq arzusunda olduqlarını dilə gətiriblər: “Yeni albomlar üzərində çalışırıq. Müsabiqədən dərhal sonra bir çox ölkələrdə konsert proqramları ilə çıxış edəcəyik. Azərbaycana da səfər etmək arzusundayıq. Makedoniya və Azərbaycan bir-birilərini beynəlxalq arenada hər zaman dəstəkləyirlər. Azərbaycan Avropaya doğru inamlı addımlarla irəliləyən gənc ölkədir. Elm, təhsil, mədəniyyət sahələrində ölkələrimizin dərin kökə mail əlaqələri var”.

Makedoniya təmsilçiləri həmçinin Azərbaycandan 12 xal gözlədiklərini deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR