Bakıda baş verən yanğında 2 nəfər xəsarət alıb

Bakıda baş verən yanğında 2 nəfər xəsarət alıb
# 24 may 2013 16:58 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində qaz sayğacı quraşdırılan zaman ani alışmadan yanğın baş verib. Nəticədə 9 ədəd qaz, 11 ədəd elektrik sayğacı, 15 p.m elektrik və antena kabellərinin üzlüyü yanıb.

Yanğın zamanı 2 nəfər xəsarət alıb, 26 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR