ƏƏSMN-in təşkil etdiyi müvəqqəti sığınacaqlardan istifadə edənlərin sayı 618 nəfərə çatıb

ƏƏSMN-in təşkil etdiyi müvəqqəti sığınacaqlardan istifadə edənlərin sayı 618 nəfərə çatıb
# 05 fevral 2014 11:29 (UTC +04:00)

Bakı-APA. Ölkə ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSNM) tərəfindən Bakının ayrı-ayrı rayonlarında və Sumqayıt şəhərində təşkil edilən müvəqqəti sığınacaqlardan istifadə edənlərin sayı ümumilikdə 618 nəfərə çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, onlardan 100 nəfəri Xətai, 205 nəfəri Nərimanov, 121 nəfəri Nəsimi, 82 nəfəri Nizami, 48 nəfəri Yasamal, 62 nəfəri isə Sumqayıt şəhərindəki sığınacaqdan istifadə edib. Həmin vətəndaşlar sığınacaqlarda 24 saat ərzində yataqla, istiliklə, gün ərzində 3 dəfə isti qidalarla təmin olunub, ehtiyac duyanlara tibbi xidmət göstərilib.

Sığınacaqlara ehtiyacı olan, lakin gələ bilməyən şəxslər barəsində 142 saylı “Qaynar xətt” və ya müvafiq icra orqanları vasitəsilə məlumatlar alınaraq onların da qısa müddətdə sığınacaqlara gətirilməsi təmin edilib.

31 yanvar tarixindən etibarən təşkil edilən sığınacaqlardan istifadə edənlərin böyük qismi açıq havada səyyar işləyənlər və rayondan müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR