Somali hökuməti fırtına nəticəsində 300 nəfərin öldüyünü bəyan edib

Somali hökuməti fırtına nəticəsində 300 nəfərin öldüyünü bəyan edib
# 13 noyabr 2013 14:23 (UTC +04:00)

Bakı - APA. Somalidə 300 nəfərə yaxın insan güclü fırtına və daşqınların qurbanı olub. Bu haqda yerli fövqəladə hallar komitəsinin yaydığı xəbərdə deyilir. Daha yüz nəfərin taleyi haqqında məlumat yoxdur.

Təbii fəlakət ölkənin şərqində yerləşən Puntlend muxtar rayonunu əhatə edib. Burada kəndlər, ayrı-ayrı evlər dağılıb, balıq qayıqları məhv olub. Ən çox ziyan əvvəllər piratların daim həmləsində olan Eyl limanına dəyib.

APA-nın BBB News-a istinadən verdiyi məlumata görə, Somali hökuməti regionu təbii fəlakət zonası elan edib.

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) bəyan edib ki, həlak olanların sayı haqqında dəqiq məlumat yoxdur. Lakin FAO etiraf edib ki, Puntlenddə həqiqətən böyük bir ərazi su altında qalıb. Bunu beynəlxalq təşkilatın nümayəndəsi Husüyn Qadayn təsdiq edib.

Somali hökuməti zərər çəkmiş ərazilərə 1 milyon dollar ayrılacağına söz verib. Eyni zamanda, Puntlend hökuməti beynəlxalq birliyə kömək üçün müraciət edib. BMT-nin “Ümumdünya ərzaq proqramı” bəyan edib ki, artıq bu məsələ yerli idarəçilik orqanları ilə müzakirə edilir.

Somalinin əsas limanı Bosasodan Puntlend muxtar rayonunun paytaxtı Qaroueyə gedən əsas yolların su altında qalması nəticəsində uzaq ərazilərə humanitar yüklərin daşınması çətinləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR