Yavər Camalov Pakistan səfiri ilə görüşüb

Yavər Camalov Pakistan səfiri ilə görüşüb
# 16 may 2013 09:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Müdafiə sənayesi naziri Yavər Camalov Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri İkramullah Məhsud ilə görüşüb. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan Yavər Camalov Azərbaycan ilə Pakistan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Y. Camalov Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri olduğunu səfirə xatırladıb və iki ölkə arasında münasibətlərin inkişaf etməsində maraqlı olduğunu bildirib. Bununla bağlı görülmüş işlərdən danışan nazir Hökumətlərarası Komissiyanın 6-cı iclasının bu il keçiriləcəyini deyib.

Sonra nazir Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR