Taner Yıldız: “Türkiyə İrandan neft idxalını artıq azaltmayacaq”

Taner Yıldız: “Türkiyə İrandan neft idxalını artıq azaltmayacaq”
# 02 avqust 2013 12:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Türkiyə İrandan neft idxalını artıq azaltmayacaq”. APA-nın məlumatına görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, Türkiyə İrandan aldığı neftin həcmini kifayət qədər azaltdığı üçün daha bundan artığını edə bilməyəcək: “Türkiyənin İrandan neft idxalı 9 mln. tondan 5,5-6 mln. tona salınıb. Bunun da azaldılması planımızda yoxdur. Bu miqdar kafi bir miqdardır. ABŞ-ın da bu mövzuda bir tələbi yoxdur. Neftə olan tələbatımızı bu miqdarla təmin etməkdəyik. Bu mövzuda bir çətinliyimiz yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR