Bakıda Azərbaycan və İtaliyanın xarici işlər nazirləri arasında görüş keçirilib - FOTO

Bakıda Azərbaycan və İtaliyanın xarici işlər nazirləri arasında görüş keçirilib - <span style="color: red;">FOTO
# 17 dekabr 2013 15:17 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Emma Bonino Azərbaycana səfərindən məmnun olduğunu bildirib və "Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə bağlı Azərbaycan tərəfini təbrik edib.

Görüşdə Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan-Avropa Birliyi münasibətləri, o cümlədən ölkəmizin avro-atlantik strukturlara inteqrasiyası müzakirə olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və regionda təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR