İrana qarşı neft sanksiyaları Fars körfəzi ölkələrinin gəlirlərinin xeyli artmasına səbəb olub

İrana qarşı neft sanksiyaları Fars körfəzi ölkələrinin gəlirlərinin xeyli artmasına səbəb olub
# 25 iyul 2013 08:20 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Fars körfəzi ölkələrinin neft ixracı və əldə etdikləri gəlir xeyli artıb. Buna səbəb isə İrana qarşı tətbiq edilmiş beynəlxalq neft sanksiyalarıdır. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu barədə ABŞ Enerji İnformasiya İdarəsinin yaydığı hesabatda bildirilir. Sənəddə deyilir ki, ki İran istisna olmaqla Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan digər ölkələrin xalis gəliri 982 milyard ABŞ dolları olub. Bu da 1975-ci ildən indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Belə ki, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xalis gəlirləri 2004-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Səudiyyə Ərəbistanı isə neft satışında yeni rekord əldə edib və 312 mlrd. ABŞ dollar gəlir əldə edib. Bundan əlavə, Səddam Hüseyn zamanı sanksiyaya məruz qalmış və neft satışı geriləmiş İraq da 2012-ci ildə 2004-cü ildən bəri neft ixracatında rekord əldə edib. Hesabatda həmçinin vurğulanır ki, İran 2011-ci ildə gündəlik 2.2 mln. barel neft ixrac etsə də, ancaq bu rəqəm 2012-ci ildə gündəlik 1.2 mln. barelə düşüb.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi (BEA) də İranın 5 ay əvvəl orta hesabla gündəlik 1 mln. barel neft ixrac etsə də, bu rəqəmin bu ilin iyun ayında 800 min barelə endiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR