AMEA: Azərbaycanın içməli su resurslarının tərkibi radioaktiv maddələrin miqdarına görə tədqiq edilməlidir

AMEA: Azərbaycanın içməli su resurslarının tərkibi radioaktiv maddələrin miqdarına görə tədqiq edilməlidir
# 26 dekabr 2013 08:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanın içməli su resursları radioaktiv maddələrin miqdarına görə tədqiq olunmayıb. İçməli su resurslarının tərkibi radioaktiv maddələrin miqdarına görə tədqiq edilməli, rayonlar üzrə xarakterizə edilən xəritəsi hazırlanmalıdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov söyləyib.

A. Qəribov deyib ki, növbəti mərhələdə Səhiyyə Nazirliyinin mütəxəssisləri həmin ərazilərdə sağlamlıq və xəstəliklərin spektri arasında əlaqə axtarmalıdırlar: “Azərbaycanın içməli su resurslarının radioaktiv maddələrin miqdarına görə tədqiq olunmaması təhlükə deyil, amma problem olaraq qalır. AMEA gələcəkdə bu sahədə ekspedisiyalar həyata keçirməlidir, bu isə vəsait tələb edir”.

A.Qəribov Azərbaycanda Güclü Qamma Şüalanma Kompleksinin yaradılması sahəsində görülən işlərdən də danışıb. O bildirib ki, gələn ilin yanvar ayında Kompleksin şüalanma korpusunda tikinti işləri başa çatacaq: “Dövlət büdcəsindən vəsait ayrılarsa, Kompleksdə ofis və laboratoriya korpusları da tikiləcək”.

Azərbaycanda Nüvə Tədqiqat Reaktorunun yaradılması barədə hələ ki, qərar olmadığını qeyd edən A. Qəribov AMEA Radiasiya Problemləri İnstitutunun hazırda Nüvə Tədqiqat Reaktorunun Azərbaycana, lazımlılığı, onun təhlükəsizlik problemi üzrə elmi işlər apardığını da açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR