Azərbaycan millisi Avropa Liqasında Faiq Qarayevin rəhbərliyi altında oynamayacaq

Azərbaycan millisi Avropa Liqasında Faiq Qarayevin rəhbərliyi altında oynamayacaq
# 04 iyun 2014 14:02 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında Faiq Qarayevin rəhbərliyi altında oynamayacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin bu turnirdə postunu Aleksandr Çervyakova etibar edib.

Bu qərar komandamızın yarışda gənclərlə çıxış etməsi səbəbindən verilib. Çervyakova isə Vüqar Əliyev köməklik edəcək.

Qeyd edək ki, Avropa Liqasının A qrupunda yer alan komandamız Türkiyə, Sloveniya və Bolqarıstanla qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR