Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib
# 28 noyabr 2013 12:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Muzey Mərkəzində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Davamlı inkişaf mədəniyyəti sosial harmoniyanın bünövrəsi kimi: nəzəri və praktiki aspektlər” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, konfransın üçüncü dəfə Azərbaycanda keçirilməsi ölkənin mədəni və sosial həyatından mühüm hadisələrdən biridir: “Biz çalışırıq ki, multikulturalizm siyasəti Azərbaycanda prioritet siyasət kimi həyata keçirilsin. Azərbaycanda keçirilən konfranslar buna əyani sübutdur. Cəmiyyətin inkişafı məhz davamlı inkişaf mədəniyyətinin sosial harmoniyasından asılıdır. Son illər Azərbaycanda bütün sahələrdə müşahidə olunan inkişaf məhz davamlı inkişafla bağlıdır”.

UNESCO-nun Azərbaycan Milli Komitəsinin baş katibi Günay Əfəndiyeva qeyd edib ki, davamlı inkişaf UNESCO-nun əsas hədəflərindəndir: “Mədəniyyətlərarası dialoq müasir dünya üçün vacib olan dəyərlərdən biridir. Söhbət təkcə mədəni dəyərlərin bir araya gəlməsindən getmir, məhz davamlı inkişafdan gedir. Bizim hər bir proqramımız davamlı inkişafa əsaslanır”.

Millət vəkili Nizami Cəfərov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, professor Nizami Məmmədov və başqaları konfransın Azərbaycanın mədəni həyatında əhəmiyyətindən, oynadığı roldan danışıblar.

Tədbirdə həmçinin “İdeyadan reallığa doğru davamlı inkişaf mərhələsi” adlı kitabın təqdimat mərasimi keçirilib. Konfransda Azərbaycan, Belarus, Çexiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Serbiya, Türkiyə və Ukraynadan elm xadimləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR