Fəttah Heydərov: “Bugünkü gənclər Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşadıqlarına görə xoşbəxtdirlər”

Fəttah Heydərov: “Bugünkü gənclər Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşadıqlarına görə xoşbəxtdirlər”
# 03 iyun 2013 10:04 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İlham Əliyevin namizədliyini dəstəkləməsinə münasibət bildirən zaman deyib.

O qeyd edib ki, gənclərin bu qərarı yaşadıqları dövrdə həyata baxışlarından, aldıqları təhsildən və cəmiyyətdəki rollarından irəli gəlir. F. Heydərov bildirib ki, İlham Əliyevin apardığı siyasət əsası Heydər Əliyev tərəfindən qoyulan uğurlu bir siyasətdir və öz bəhrəsini müsbət nəticələrlə verir.

Deputat qeyd edib ki, bugünkü gənclər Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşadıqlarına görə xoşbəxtdirlər: “Bundan əvvəl Heydər Əliyevsiz cəmiyyətdə minlərlə gənclərimizi müharibə, xaos nəticəsində itirdik. Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi və ömrünün son 10 ilini sərf edərək müstəqil, xoşbəxt bir Azərbaycan qurdu. Bu gün də gənclər Heydər Əliyevin layiqli davamçısının namizədliyini dəstəkləməklə öz xoşbəxt gələcəkləri üçün düzgün seçim etdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR