“Azər-Türk Bank” aktivlərini 10% artırıb

“Azər-Türk Bank” aktivlərini 10% artırıb
# 22 aprel 2014 13:05 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Azər-Türk Bank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 90,95 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,9% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,4% artaraq 57,955 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 28,387 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 38,7% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 733 min. manat olub ki, bunun da hamısı ipoteka fondunun xətti ilə verilmiş kreditlərə aiddir.

Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 23,7% artaraq 5,228 mln. manat olub.

Bankın depozit portfeli 2014-cü ilin yanvar-mart ayları ərzində 34,2% artaraq 37,707 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 26,159 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 39,9% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 19,9% artaraq 16,663 mln. manata çatdığı halda, nizamnamə kapitalı 9,8% artaraq 13 mln. 447,32 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 66,5% artaraq 6,78 mln. manat, xərcləri isə 46,5% artaraq 5,715 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 843,93 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı, 51 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR