«Unibank» paytaxtda yeni filial açıb

«Unibank» paytaxtda yeni filial açıb
# 19 mart 2014 07:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Unibank» ASC Bakıda yeni filialını açıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Həzi Aslanov» metro stansiyasının yanında (Məhəmməd Hadi küçəsi,144) açılan yeni filial ərazidə yaşayan sakinlərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək.

«Həzi Aslanov» filialı ilk növbədə pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq. Həmçinin, kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Yeni filialın açılışı ilə «Unibank»ın filial şəbəkəsi 35-ə çatıb. Müştərilərə bütün həftəni xidmət göstərmək üçün «Unibank»ın filialları şənbə günləri də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR