Danimarkada Türkdilli Cəmiyyətlərin Koordinasiya Şurası yaradılıb

Danimarkada Türkdilli Cəmiyyətlərin Koordinasiya Şurası yaradılıb
# 11 iyun 2014 09:12 (UTC +04:00)

Bakı - APA. Danimarkada fəaliyyət göstərən türkdilli xalqların diaspor təşkilatı rəhbərlərinin toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, paytaxt Kopenhagendə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə baş tutmuş görüşdə Azərbaycan “Vətən” Cəmiyyətinin nümayəndələri və sədri Səfər Sadiqi, Cənubi Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Abbas Seidlər, Skandinaviya Ülku Ocaqları sədri Bahadur Gülər, Türkmən Yardım Cəmiyyətinin başçısı Yurtan Karvancı və başqa cəmiyyət sədrləri iştirak edib.

Toplantıda "Vətən" Cəmiyyətinin təşəbbüsü ilə Türkdilli Cəmiyyətlər Birliyinin Koordinasiya Şurasının yaradılması müzakirə olunub. Səfər Sadiqi toplantını açaraq bildirib ki, koordinasiya şurasının yaradılması gələcəkdə tədbirlərin birlikdə, planlı şəkildə təşkilinə və əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək. Səfər Sadiqinin bu təşəbbüsünü dəstəkləyən türkdilli cəmiyyətlərin rəhbərləri koordinasiya şurasının yaradılmasının zəruri olduğunu bildirib.

Sonda növbəti toplantının bu ilin sentyabr ayında Kopenhagen Ülkü Ocaqlarında keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR