ABB-nin cəlb etdiyi sindikativ kredit 2013-cü ilin ən uğurlu İslam bankçılığı əqdi kimi qiymətləndirilib

ABB-nin cəlb etdiyi sindikativ kredit 2013-cü ilin ən uğurlu İslam bankçılığı əqdi kimi qiymətləndirilib
# 09 yanvar 2014 08:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Islamic Financial News» təşkilatının beynəlxalq ekspertləri və aparıcı İslam banklarının nümayəndələri tərəfindən Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı çərçivəsində cəlb edilmiş sindikativ kredit üzrə əqd 2013-cü ildə ən uğurlu beynəlxalq əqd kimi dəyərləndirilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə ABB-nin məlumatında deyilir.

Xatırladaq ki, 2013-cü ilin iyulunda ABB «Barwa Bank», «Emirates NBD Capital» və «JPMorgan and Noor Islamic Bank»la kommersiya Mübarraha (İslam bankçılığı məhsulu) çərçivəsində sindikativ kreditin cəlb edilməsi barədə saziş imzalayıb. Kreditin ilkin məbləği 100 mln. ABŞ dolları olsa da, sifarişlərin həcmi daha yüksək olub və nəticədə ABB 120,5 mln. dollar həcmində vəsait cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR