Serbiyalı məşqçi Hafiz Məmmədovun komandasını bəyənmir

Serbiyalı məşqçi Hafiz Məmmədovun komandasını bəyənmir
# 07 aprel 2014 12:15 (UTC +04:00)

Bakı – APA. “Çempionlar Liqasının 1/4 finalında “Barselona” - “Atletiko” matçını izlədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Serbiya mətbuatına müsahibəsində Çempionlar Liqasının 1/4 final mərhələsində İspaniya derbisindən danışan Pantiç vaxtilə şərəfini qoruduğu, hazırda “Bakı”nın prezidenti Hafiz Məmmədovun sponsorluq etdiyi “Atletiko”nun indiki oyununu bəyənmədiyini bildirib: “İlk yarını açıq gözlə seyr etdim. Lakin sonra qarşılaşmanı uzanıb izlədim. Amma yatmadım, sonadək baxdım. Düşünürəm ki, 1:1 hesabı oyuna görə idi. İndi cavab matçı ərəfəsində şanslar bərabərdir. “Atletiko” doğma azarkeşləri önündə oynayacaq. Lakin “Barselona”da dünyanın ən yaxşı futbolçusu var. Lionel Messi sehrbazdır”.

Pantiç vaxtilə “Nou Kamp”da rəsmiləşdirdiyi pokeri də unutmayıb: “Mənə elə gəlir ki, futbolçu olduğum vaxt “Barselona” ilə “Atletiko” arasında keçirilən oyunlar daha maraqlı olurdu. Radomir Antiçin komandası Yohan Kroyffun “Barselona”sına qarşı da hücum futbolu oynayırdı. İndiki kimi 2 komanda arasında matçlar 0:0, 1:1 bitmirdi. Yadımdadır ki, kubokda ilk oyunumuz 2:2 nəticələnmişdi. “Nou Kamp”da pokerə imza atsam da, bu, bizə kömək etmədi. “Atletiko” 4:5 hesabı ilə uduzdu. Özü də ilk yarıda 3:0 hesabı ilə öndə idik. İndiki “Atletiko” isə fərqlidir. Lap Dieqo Simeonenin futbolçu dövrünü özündə əks etdirir: büdrəmələr, qayda pozuntuları, çətinliklər, inadkarlıq”.

Qeyd edək ki, 1996/97 mövsümündə 1/4 finalın Madriddəki qarşılaşması 2:2 başa çatıb. Cavab oyununda Pantiç 3-ü birinci hissədə olmaqla, 4 qol vurub. Lakin Ronaldonun het-triki, Luiş Fiqu və Xuzn Antonio Pizzinin qolları kataloniyalılara qələbə qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR