Azərbaycan parlamenti 2014-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələrinin müzakirəsinə başlayıb

Azərbaycan parlamenti 2014-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələrinin müzakirəsinə başlayıb
# 14 noyabr 2013 11:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Milli Məclisi «Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında» və «Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında» qanun layihələrinin müzakirələrinə başlayıb.


«APA-Economics»in məlumata görə, millət vəkili Hadı Rəcəbli bildirib ki, gələn il üçün yaşayış minimumu haqqında qanun layihəsinə əsasən, ölkə üzrə bu göstəricinin cari ildəki 116 manatdan 125 manatadək, o cümlədən əhalinin əməkqabiliyyətli hissəsi üçün 125 manatdan 136 manatadək, uşaq və pensiyaçılar üçün müvafiq olaraq 93 manat və 94 manatdan 103 manatadək artırılması nəzərdə tutulub.


Onun sözlərinə görə, «2014-cü il üçün ehtiyac meyarının səviyyəsi haqqında» qanun layihəsi ünvanlı sosial yardımın təyinatı üçün bu meyarın cari ildəki 93 manatdan 100 manatadək artırılmasını nəzərdə tutur: «Gələn il dövlət büdcəsinin sosialyönümlü xərcləri bu ilin proqnoz göstəriciləri ilə müqayisədə 5,9% və ya 298,9 mln. manat artım, həmçinin 2012-ci ilin faktiki göstəriciləri ilə müqayisədə 12,6% və 597,1 mln. manat artım ilə 5,337 mlrd. manat səviyyəsində proqnozlaşdırılır».


Həmçinin bildirilib ki, sosialyönümlü xərclərin 15,1%-i və ya 3,034 mlrd. manatı əmək haqları, 9,1%-i və ya 1,820 mlrd. manatı pensiya və sosial müavinətlər, 1,5%-i və ya 305,3 mln. manatı ərzaq məhsullarının alınması, 0,9%-i və ya 176,9 mln. manatı isə dərman vəsaitlərinin alınmasına sərf olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR