Rauf Mirqədirov ifadə verməkdən imtina edib

Rauf Mirqədirov ifadə verməkdən imtina edib
# 24 aprel 2014 16:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Fuad Ağayev həbsdə olan jurnalist Rauf Mirqədirovla görüşüb. Bu barədə APA-ya məlumat verən F. Ağayev bildirib ki, R. Mirqədirov ifadə verməkdən imtina edib: “Rauf Mirqədirova ifadə vermək təklif olundu. Lakin o, imtina etdi”.

Vəkil müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə məhkəmə qərarından apellyasiya şikayəti verdiyini deyib.

Qeyd edək ki, “Ayna” və “Zerkalo” qəzetlərinin Türkiyə üzrə müxbiri işləmiş R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR